C# Proqramçı

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 17.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri üzrə);
  • Sahə üzrə 3 ildən çox iş təcrübəsi;
  • Verilənlərin strukturu və alqoritm biliyi;
  • Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq;
  • Verilənlər bazasının normallaşdırılmasının əsasları;
  • C# proqramlaşdırma dili;
  • Web services (SOAP REST);
  • JSON,IIS, Windows forms;
  • Entity Framework;
  • MSSQL Server.

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması, mövcud proqram təminatının dəstəklənməsi, düzəlişlərin edilməsi və inkişaf etdirilməsi;
  • Verilmiş tapşırıqların həlli;
  • Tərtib edilmiş funksionallığın test edilməsində aktiv iştirak etmək;
  • Proqram təminatında yaranan xətaların aradan qaldırılması;
  • Mövcud kodların üzərində əlavələr və ya dəyişikliklər etmək;
  • Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi;
  • Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
  • Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması və s.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “C# Proqramçı” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating