Marketinq mütəxəssisi

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 07.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı marketinq və kommunikasiya planlarının hazırlanması;
  • Marketinq imkanlarını müəyyən etmək məqsədilə bazar araşdırmalarının keçirilməsində dəstək göstərilməsi, rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi;
  • Rəqəmsal marketinq kampaniyaları və tədbirləri proqramlarının hazırlanması, eləcə də həyata keçirilməsinə nəzarət edilməsi və izlənilməsi;
  • Strateji və taktiki marketinq təşəbbüslərinin irəli sürülməsi və nəzarət edilməsi məqsədilə digər şirkətdaxili komandalarla (məsələn, biznes inkişafı və satış) əməkdaşlıq edilməsi;
  • Kommunikativ kampaniyaların nəticələri və səmərəliliyinin təhlil edilməsi və müvafiq hesabatların verilməsi;
  • Xidmət və məhsulların marketinqi və satışına dəstək göstərilməsi məqsədilə müxtəlif reklam materiallarının hazırlanmasına nəzarət edilməsi;
  • Marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi;
  • Marketinq kommunikasiyasını həyata keçirmək məqsədilə reklam agentlikləri və digər aidiyyatı olan şirkətlərlə əməkdaşlıq edilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi və.s) təhsil;
  • Marketinq üzrə 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
  • Marketinq üzrə Beynəlxalq Sertifikatların olması üstünlükdür;
  • Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • Azərbaycan dili və ingilis dili biliyi (Rus dili biliyi üstünükdür);
  • Komanda şəklində işləmək bacarığı;
  • Hesabatlıq və təqdimat bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Marketinq mütəxəssisi” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

site.company_rating