Baş Kredit Analitiki (KİB)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Maliyyə hesabatları, kredit hesabatları, bazar tendesiyalarını və digər müvafiq məlumatları nəzərdən keçirməklə korporativ müştərilərin ödəmə qabiliyyətini təhlil etmək və qiymətləndirmək;
  • Kredit risklərinin qiymətləndirilməsini aparılması və ətraflı təhlil və tövsiyələr üzrə kredit təklifləri hazırlamaq;
  • Kredit məhsulları, kredit limitləri və digər borclanma məhsulları üzrə müraciətlərin nəzərdən keçirilməsi və emal edilməsi;
  • Öz portfelindəki korporativ hesabların maliyyə performansını və ödəmə qabiliyyətini davamlı olaraq izləmək. Korporativ hesablara verilən kredit məhsullarının vaxtında uzadılmasını təmin etmək;
  • Bütün kredit qərarlarının bankın kredit siyasəti və risklərin idarə edilməsi qaydalarına uyğun olmasını təmin etmək üçün Müştəri Menecerləri, Kredit Risklərinin Anderraytinqi və Risklərin İdarəedilməsi kimi daxili şöbələrlə əməkdaşlıq etmək;
  • Kredit sorğularını, şirkətin maliyyə vəziyyətini və digər əlaqəli məsələləri müzakirə etmək üçün müştərilərlə görüşlərdə iştirak etmək;
  • Kredit portfelinin performansını və risklərin idarə edilməsi metodlarının tətbiqi ilə bağlı rəhbərlik üçün hesabat və təqdimatlar hazırlamaq;
  • Gözlənilən iqtisadi mühit dəyişiklikləri, dövri bazar dinamikasını, qanunvericilikdə və dövlət siyasətində baş verən yenilikləri izləmək;
  • Qoyulmuş hədəflərə çatmaq məqsədi ilə Agile sənaye qruplarının fəaliyyətində iştirak etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar;
  • Kredit siyasətinin, prosedurların və təlimatların təkmilləşdirilməsi və tətbiq edilməsində iştirak etmək;
  • Ehtiyac yarandıqda kiçik kredit analitiklərinə istiqamət vermək və dəstək olmaq;

Sizdən nə tələb olunur?

  • Maliyyə, mühasibat, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
  • Maliyyə təhlili və kredit riskinin qiymətləndirilməsi sahəsində biliklər;
  • Maliyyə uçotu prinsipləri və tətbiqi sahəsində yüksək səviyyədə analitik biliklər;
  • Yaxşı ünsiyyət və danışıq bacarıqları;
  • Tapşırıqların icrasına çevik yanaşma və səmərəli işləmək bacarığı;
  • Detallara diqqət yetirmək, işi düzgün təşkil etmək bacarıqları;
  • “Excel”, “Word” və “PowerPoint” proqramlarını mükəmməl səviyyədə bilmək;
  • Arzu olunan sertifikatlar - CFA, ACCA, FRM, “Microsoft Excel Expert”

site.company_rating