KOS kreditlərin təhlili şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 03.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Rol haqqında:

  • Müraciətlər əsasında  kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirir və onlar barədə rəy verir; 
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.
  • Kredit Komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir

Öhdəliklər:

  • Kredit, qarantiya skorinq prosesi kredit, qarantiya sifarişlərinə baxmaq və təhlil etmək;
  • Kredit, qarantiya skorinq modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum, kalkulyator və s. formaların qurulmasında, təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Müraciətlər əsasında Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirmək və onlar barədə rəy vermək;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
  • Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Sizin barənizdə: 

  • Ali təhsil;
  • Bank sahəsində kredit və qarantiya məhsulları üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Qarantiya və kredit məhsulları sifarişləri üzrə təhlil bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
  • Yüksək səviyyədə Excel bacarığı (reportların və excel şablon/kalkulyatorların hazırlanması);
  • PowerPoint və prezentasiya proqramları üzrə işləmək bacarığı;
  • Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması istiqamətində təklifləri vermək;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • İmtahan 
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları.

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

site.company_rating