Otel standartlarına uyğun olaraq qonaqların qarşılanması, onların otelə qəbul edilməsi, yerləşdirilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, lazımi məlumatların verilməsi.
Növbə üzrə təhvil-təslim işlərini icra etmək.
Növbə ərzində yarana biləcək problemlərin aradan qaldırılmasını təmin etmək.
Daxil olan zəngləri və sorğuları cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələr ilə əlaqələndirmək.
Qeydiyyat şöbəsi üzrə kargüzarlıq işlərini icra etmək.
Qonaqların problemlərinin həll edilməsində yaxından iştirak etmək.
Namizədə tələblər:
Azərbaycan, Rus və İnglis dillərini bilməli;
Məsuliyyətli, gülərüz, operativ, pozitiv və ünsiyyətcil olmaq;