Biznes lizinqi bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt, Xaçmaz, Gəncə)
“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir.
Hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı, Sumqayıt, Xaçmaz və Gəncə şəhərlərində yerləşən filialları üçün Biznes lizinqi bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi;
• Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
• Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
• Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
• Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
• Müştərilərin geri ödənişlərinə nəzarət;
• Müvafiq hesabatların hazırlanması:
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Lizinq, bank və ya bank olmayan kredit təşkilatında ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifə və regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.