İnsan Resurları üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların şəxsi işlərində tələb olunan sənədlərin təmin olunmasını həyata keçirmək;
  • Ezamiyyət və məzuniyyət sənədlərini hazırlanmaq və təhvil-təslim etmək;
  • Əmək kitabçalarını nömrələmək və qeydiyyatını aparmaq;
  • İşçilərin (filiallardan) bank kartlarının yenilənməsinə dair müraciətləri qəbul etmək və yenilənmələri həyata keçirmək;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
  • Səlahiyyəti daxilində fəaliyyət prosesində müəyyən edilmiş çatışmazlıqlar barəsində birbaşa rəhbərini məlumatlandırmaq və onların aradan qaldırılması, həmçinin şöbənin işinin təkmilləşdirilməsi barəsində təkliflər vermək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.

Tələblər:

  • Ali Təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Sahə üzrə sertifikatlar arzuolunandır;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Uyğun şəxslər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə mail ünvanına göndərə bilərlər.