İşin təsviri
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Əlaqədar sahə 1-3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır
Tələb olunan kompetensiyalar:
- Analitik düşüncə;
- Effektiv kommunikasiya;
- Vaxtın düzgün idarə edilməsi;
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Bütövlük
Vəzifə və Öhdəliklər:
- Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada aparması;
- Əsas vəsaitlər və inventarın dəyərinin müəyyən edilməsi və bu məlumatların hesabatlarında düzgün şəkildə göstərilməsi;
- Əsas vəsaitlər və inventar hesabatlarının hazırlanması;
- Əsas vəsaitlər və inventarla bağlı məlumatların məlumat bazasında dəqiq və tam olması üçün tədbirlər görmək;
- Əsas vəsaitlər və inventarın yoxlanılması zamanı dəyərindəki dəyişiklikləri izləmək və bunların səbəbini müəyyən etmək;
- İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
- Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
- Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
- Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
- Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi;
- Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması;
- Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
- İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
- Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
- Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
- Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq;
- Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
- Mal-materialların yoxlanması, fərqlərin qeydiyyatının aparılması;
- Mal-materialların ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət;
- İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
- Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
- Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək;
- Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi;
- Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 06.11.23