İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müəssisənin əsas vəsaitlərinin və inventarlarını uçotunun təşkili və hərəkətinə nəzarət etmək;
- Əsas vəsaitləri 1C proqramında uçota almaq;
- Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyasını həyata keçirmək;
- CAPEX-lərin (Kapital qoyuluşları) nəzarəti və düzgün uçota alınmasını həyata keçirmək;
- Əsas vəsaitlərin sənədləşdirilməsinə nəzarət etmək;
- Amortizasiyaları hesablamaq;
- Təmir xərcini qanunvericiliyin normalarına uyğun hesablamaq;
- Daxili və kənar auditlə qarşılıqlı işin qurulmasında iştirak etmək.
Tələblər:
- Maliyyə, mühasibat uçotu ixtisası üzrə Ali təhsilin olması;
- Mühasib olaraq minimum 3 illik iş təcrübəsi;
- Analitik təhlil qabiliyyəti;
- Əsas vəsaitlər üzrə Vergi Məcəlləsi, NK Qərarları və.s müvafiq bilikləri;
- ACCA və ya DipIFR olması müsbətdir;
- MS Office, MS outlook, 1C (7/7, 8/2), taxes.gov.az təcrübəsi.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CVlərinizi mövzu hissəsində “Əsas vəsaitlər üzrə Mühasib” qeyd etməklə mail ünvanına göndərə bilərsiniz.