1C bazasının işinin təhlili və optimallaşdırılması;
Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizliyinə nəzarət etmək;
1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.);
1C proqram təminatındakı ən son yeniliklərdən xəbərdar olmaq, onların təşkilatımız üçün tətbiqini qiymətləndirmək və təkmilləşdirmələri tövsiyə etmək;
Şirkətin əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulması təmin etmək;
Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərməsi;
İşdən çıxan əməkdaşın program təminatına olan giriş icazələrinin ləğv olunması, yeni işə qəbul olunan əməkdaşa vəzifəsinə uyğun olaraq proqram təminatında işləmək üçün təlimat vermək;
İstifadəçi adları və əlavə icazələrin verilməsi;
Hesabat, çap formaları və ekranlarda düzəliş edilməsi və ya yeni bir istəklə bağlı müraciətlərə baxılması;
İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
1С ERP proqram təminatının istifadəçi təminatı və dəstəklənməsi;
İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması;
Tələblər:
Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
Kompüter texnologiyaları, iqtisadiyyat və ya uyğun sahə üzrə bakalavr dərəcəsinə sahib olmaq;
1C proqram təminatının konfiqurasiyası üzrə peşəkar biliklər.
Mükəmməl problem həll etmə və ünsiyyət bacarıqları;
Həm fərdi, həm də komandada səmərəli işləmək bacarığının olması;
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta; Rus dili – orta (üstünlükdür)
Güclü analitik bacarıqlar, biznes tələblərini qiymətləndirmək və onları 1C və ERP sistemləri daxilində texniki həllərə çevirmək bacarığı;
Böyük datalarla işləmə qabiliyyəti
1C proqram təminatı və ERP texnologiyalarında ən son yeniliklərdən xəbərdar olmaq;