Təchizatçı

  • Hyper Servis
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin daxili təchizat üzrə sifarişlərin  qebul edib təmin etmək;
  • Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
  • Digər şirkətlərdən alınan yağ, təkər, akkumulyator və s. məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Proqram üzrə sifarişlərin sistemə daxil olunması;
  • Mütəmadi olaraq anbar sayımının həyata keçirilməsi;
  • Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil,
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi,
  • Satınalma prosesləri və ümumi prinsipləri anlamaq,
  • Yüksək kommunikasiya bacarığı,
  • Bazarı təhlil etmək bacarığı,
  • Məsuliyyətli, diqqətli və dəqiq,
  • MS Office proqramları ilə işləmək bacarığı.
  • Rus dili arzu olunandır.

Əmək haqqı: 600-800 AZN

İş rejimi: həftənin 6 günü, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təchizatçı” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.