İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesinin təşkili (İşçi tələb formalarının qəbulu və yoxlanılması, vakansiyanın elan olunması, test, müsahibə və ya peşə imtahanının təşkili, iş təkliflərinin edilməsi);
  • Yeni işçilər üçün adaptasiya prosesinin təşkil olunması;
  • Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması və "Əmək və Məşğulluq" altsistemində (ƏMAS)  işlənilməsi;
  • Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqının hesablanması;
  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və prosesin təşkilinə dəstək olunması;
  • Təşkilati dizayn prosesləri üzrə (struktur dəyişikliyi, vəzifə təlimatlarının yazılması və s.) tapşırıqların icra edilməsi;
  • Xidməti zərurət ilə əlaqədar bölgələrə təşkil edilən ezamiyyə səfərlərində iştirak edilməsi;
  • İnsan Resursları üzrə hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Word, Excel-sərbəst);
  • Namizədlərin ingilis və rus dillərini bilməsi arzu olunandır;
  • AR Əmək məcəlləsi və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
  • İnsan Resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklər.

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Problem həlletmə
  • Kommunikabellik
  • Qərar qəbuletmə

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 22.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.