İşin təsviri
Vəzifə öhdəlikləri:
- Açıq vakansiyaların təhlil edilməsi, şirkətdaxili və şirkətxarici elanların hazırlanması və yerləşdirilməsi;
- Daxil olan CV-lərin ilkin baxışdan keçirilməsi, elana çıxarılmış vakansiya üzrə qoyulan tələblərə uyğunluğunun yoxlanılması;
- Tələblərə cavab verən CV-lərin siyahısının hazırlanaraq (longlist) Xətti Rəhbərlərə seçim (shortlist) üçün təqdim edilməsi;
- Seçilmiş namizədlərlə qısa telefon müsahibələri (pre-screening) apararaq, namizədlər barəsində ətraflı məlumat toplanması və uyğun olduqda müsahibələrə dəvət edilməsi;
- İşə qəbul üzrə məsul əməkdaşla müsahibə günü və vaxtını təyin edərək, müsahibələrin ənənəvi və ya onlayn şəkildə təşkil edilməsi;
- Panel müsahibələrdə namizədlərin fərdi keyfiyyət göstəricilərinin peşəkar şəkildə qiymətləndirilməsinin yerinə yetirilməsi;
- Seçim prosesində fikir və rəyini bildirərək düzgün namizədlərin seçimində yaxından iştirak edilməsi;
- Namizədlərlə əlaqə saxlayaraq onlara müsahibə nəticələri haqda məlumat verilməsi;
- İnsan Resurslarının İdarə Edilməsi Departamenti daxilində digər əməkdaşlara lazımi məlumat verməklə, işə qəbul prosesinin təmin edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Psixologiya, Sosiologiya, Filologiya);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini əla, ingilis dilini yaxşı səviyyədə bilməli;
- MS Excel, MS Word və MS PowerPoint yaxşı səviyyədə bilməli.
Vəzifə üzrə tələb olunan bacarıqlar:
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı;
- Konfidensiallığa riayət olunması;
- Detallara diqqətli olmalı.
Əlavə məlumatlar:
- İş saatı: 09:00 – 18:00;
- Tibbi sığorta;
- Korporativ nömrə.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İşə qəbul üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.