İnsan resursları üzrə analitik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Strukturlar, təşkilati rollar, işə qəbul, əməkhaqqı, mükafatlar və müavinətlər, kadr axını və s. kimi İR məlumatlarını toplamaq, təmizləmək, strukturlaşdırmaq və emal etmək;
  • Şirkətin hədəflərini dəstəkləyən və insan resursları təcrübələrinin effektivliyini təmin edən statistik və analitik hesabatlar hazırlamaq;
  • Ssenario analizləri və modelləri hazırlamaqla biznes problemlərin aradan qaldırılması üçün effektiv həllər təklif etmək;
  • Rəhbərliyin məlumat əsaslı qərarvermə imkanlarını genişləndirmək üçün təhlillər aparmaq və təkliflər vermək;
  • İR trendlərini izləmək, dövrün tələblərinə uyğun, şirkətin hədəflərini dəstəkləyən İR metrikləri üzrə analitik hesabatlar hazırlamaq;
  • İR təhlil və hesabatlıq prosesinin avtomatlaşdırılmasını təmin etmək;
  • İnsan resurslarının funksional sahələr üzrə fəaliyyət effektivliyi hesabatları hazırlamaq;
  • İR xərc maddələri üzrə məlumatları toplamaq və analiz etmək, aylıq, rüblük və il sonu proqnozları hazırlamaq;
  • Büdcələmə dövründə xərc mərkəzləri və xərc hesabları üzrə insan resursları büdcəsini hazırlamaq;
  • İnsan resursları xərclərinin uçotu üzrə prosesin monitorinqini təmin etmək;
  • Şirkətin funksiyaları, təşkilati səviyyələr və təşkilati rollar üzrə seqmentləşdirilmiş analizlər aparmaq və hesabatlar hazırlamaq.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat və idarəetmə, riyaziyyat, maliyyə və s. istiqamətləri üzrə ali təhsil arzu olunandır); 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • Kompüter bilikləri: MS Office (Excel-sərbəst), Power BI-yaxşı;
  • İnsan resurslarının idarəolunması, prosedurları haqqında biliklərə sahib olmalı;
  • Namizədlərin magistr təhsilinin olması arzuolunandır;
  • Namizədlərin ingilis və rus dillərini bilməsi arzu olunandır;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Məlumat əldə etmə;
  • Analtik düşüncə;
  • Diqqətlilik.

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 22.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.