İşin təsviri
Vəzifə funksiyaları:
- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
- Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
- Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
- İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
- Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
- Bazarda məhsulun yayımını izləmək;
- Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
- Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
- Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
- Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
- Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək.
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramlarından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marka meneceri (Duru yağ)” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.