Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni işə girən və ya yeni vəzifəyə təyin olunmuş işçilərin  oriyentasiya proqramını hazırlamaq və həyata keçirilməsini təqib etmək.
  • Yeni işçilərin adaptasiya prosesinin koordinasiyası, sınaq müddətlərinin izlənilməsi və həmin müddət ərzində işə qəbul qaydalar üzrə nəzərdə tutulmuş zəruri fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
  • Təlimlərin müəyyən edilməsi, planlanması, həyata keçirilməsi, uçotunun aparılması, həmçinin görülən işlərin təqib edilməsi
  • İşçilərin təlim  ehtiyaclarını müəyyən etmək,
  • Qlobal inkişaf və dəyişiklikləri təqib edərək işçiləri seminar və təlimlər haqqında məlumatlandırmaq,
  • İşçilərin vəzifə standartlarında göstərilən səriştəliklərinin artırılması üçün ehtiyac duyulan təlimlərin planlanması,
  • Xidməti fəaliyyətin ölçülməsinin nəticələrini və işçilərin hədəflərini əsas alaraq analiz aparmaq və təlim ehtiyacları təyin etmək,
  • Təlim ehtiyaclarını analiz edilərək lazımi görüşlərin həyata keçirilməsi, elanların verilməsi, nəticələrin dəyərləndirilməsi,
  • Ehtiyac olduğu təsbit edilən təlim siyahısının hazırlanması.
  • Həyata keçirilmiş təlimlərin mütəmadi olaraq nəzarətdə saxlanılması və qeydiyyatının aparılması.
  • Həyata keçirilmiş təlimlərin məmnuniyyət nisbətinin ölçülməsi və qeydiyyatının aparılması,
  • Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması,
  • Sertifikatların qeydiyyatının aparılması, arxivlənməsi və işçiyə təqdim edilməsi.
  • İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin  görülən işlərin təqib edilməsi
  • İşçilərin ixtisaslarının artırılması üzrə təkliflər vermək,
  • Struktur bölmələrinin rəhbərlərindən illik təlim tələblərinin istənilməsi,
  • Struktur bölmə rəhbərlərindən alınmış təlim tələblərinin incələnməsi, əlavələr və düzəlişlərin edilməsi və təlim planının hazırlanması,
  • Struktur bölmə rəhbərlərindən alınmış təlim tələblərinin İnsan Resursları Departamenti daxilindəi və Korporativ Qrupun Meneceri ilə razılaşdırılmas
  • UBOC şirkətinin direktoru tərəfindən təsdiqlənmiş təlimlər üzrə işçilərin təlim və kurslara yönləndirilməsi,
  • Təcrübə proqramlarının təşkili;  
  • Şirkətdaxili müvafiq prosedurların hazırlanması və təbiq edilməsində iştirak.
  • Adaptasiya proqramının hazırlanması 
  • Adaptasiya proqramının rollarının təyin edilməsi 
  • Adaptasiya proqramının mərhələlərinin təyin edilməsi Adaptasiya prosesinin addımlarının təyin edilməsi
  • İşçiyə "Xoşgəldin emaili"nin göndərilməsi 
  • Yeni işçinin adaptasiya proqramına başlayacağı ilə əlaqədar onun birbaşa rəhbəri məlumatlandırılması (email vasitəsilə və şifahi olaraq) 
  • Adaptasiya proqramına cəlb olunacaq işçilərin məlumatlandırılması
  • Müəssisənin iş mühiti, korporativ mədəniyyəti, daxili qaydaları haqqında ümumi məlumat verilməsi 
  • Şirkətin kadr siyasəti (İR layihələri) haqqında işçinin məlumatlandırılması 
  • İşçiyə vəzifə standartını təqdim edərək onunla vəzifə öhdəliklərinin müzakirəsi və gözləntiləri
  • Daxili təlimçilər kataloqunun hazırlanması və daxili təlimlərin təşkil edilməsi
  • Şirkətdə rəhbər və mütəxəssis işçilərə təlimlərin keçirilməsi
  • Təlimlərin statusu ilə bağlı müvafiq təşkilatlarala görüşlərin keçirilməsi 
  • Təlimlərin effektivliyinin ölçülməsi ilə bağlı təlimlərdə iştirak edilməsi
  • Zəruri şirkət daxili prosedurların hazırlanması

Kadr işlərinin təşkili:

  • Məmnunluq anketi ilə məmnuniyyətini olculməsinin təşkili
  • İllik maarifləndirmə plan və programının hazırllanmasına nəzarət və təsdiq edilməsi
  • Bəzi vakansiyalar üçün işə qəbul müsabiqəsinin keçirilməsi
  • Karyera yuksəlişi olan işçilər üçün müsabiqə aparılan komissiyada iştirak
  • İşdən çıxış müsahibələrinin təşkil edilməsi

Kvalifikasiya tələbləri:

  • Müvafiq sahə və ya ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Müvafiq ixtisas kursu (CIPD, SHRM, CHRM və s.)