İşə qəbul üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bütün xətti rəhbərlər və komanda üzvləri ilə uğurlu nəticələrin əldə edilməsi məqsədilə münasibətlərin qurulması və işə qəbul prosesləri ilə bağlı tövsiyələrin verilməsi; 
  • İşə qəbul proseslərinin bütün mərhələlərinin sürət və keyfiyyət məqamları təmin edilməklə icra edilməsi;
  • CV-lərin və işə qəbul mürəciətlərin nəzərdən keçirilməsi; 
  • Vakansiyalar üzrə elanların ADY-nın karyera səhifəsində, sosial mediada və daxili/xarici iş elanları platformalarında yerləşdirilməsi; 
  • Namizədlərin işçi tələb formasına əsasən müəyyənləşdirilmiş seçim kriteriyalarına görə dəyərləndirilməsi və qısa siyahının formalaşdırılması; 
  • Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi; 
  • İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi; 
  • Namizədlərin işə qəbul proseslərinin bütün mərhələləri və nəticələri barədə vaxtında və təsdiqlənmiş məlumatlandırma nümunələri əsasında cavablandırılması; 
  • İşə qəbul prosesləri ilə bağlı hesabatlılığın aparılması və namizəd hovuzunun idarə edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi və Psixologiya üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • Xarici dil: İngilis dili və Rus dili - sərbəst;
  • Kompüter bilikləri: MS Office (Word, Excel, Visio-sərbəst);
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli; 
  • İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına  dair təlimatlardan anlayışlı olmalı;
  • Magistr təhsilinə və İnsan resursları sahəsində beynəlxalq sertifilatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.
  • Tələb olunan funksional keyfiyyət meyarları:
  • Problem həlletmə;
  • Kommunikabellilik;
  • Təşəbbüskarlıq.

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 15.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.