Yarana biləcək potensial risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir,
Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
Baş verən qayda pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləmək və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Bütün sahələr üzrə müəyyən olunmuş limitlərə nəzarətin keçirilməsi;
Stress testlərin müəyyən edilməsi və həyata keçirilməsi;
Rüblük risk hesabatlarının hazırlanması;
Mütəmadi olaraq risklərin idarəedilməsi sahəsindəki yeniliklər barədə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi;
Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
Risklər üzrə işçilərin biliklərini artırmaq üçün Cəmiyyətdə təlim / seminar keçirmək;
Rəhbərlik üçün daxili hesabatların hazırlanması.
Texniki biliklər:
Risk səviyyəsinin ölçülməsi və risklərin idarəedilməsi haqqında geniş biliklər;
Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.
Səriştə və bacarıqlar:
Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
Analitik düşüncə qabiliyyəti;
Komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
Tələblər:
İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
Rus və ingilis dilləri arzu olunandır.;
Microsoft Office və digər proqramlar;
Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
Ölkədaxili ezamiyyət etmək imkanı
MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar