İşin təsviri
Tələblər:
- Çağrı mərkəzində müştərilərlə 3 ildən artıq iş təcrübəsi;
- Savadlı və aydın nitq, yaxşı diksiya;
- Azərbaycan dilini əla, rus dilini yaxşı bilmək, ingilis dili mütləq deyildir, lakin bilməyin üstünlüyü vardır;
- kompüterdən adi istifadəçi səviyyəsində istifadə edə bilmək;
- ünsiyyət qurmaq bacarığı;
- yaxşı konsentrasiya və stresə davamlılıq;
- tez öyrənmək bacarığı və müştərilərə mehriban şəkildə xidmət göstərmək istəyi;
- iş günlərində saat 09.00-18.00–dək işləməyə hazır olmaq (qrafikə uyğun olaraq bir saat nahar hesab edilir).
Vəzifələr:
- daxil olan zənglərin qəbulu;
- “Asan İmza” müştərilərinə telefon və e-poçt vasitəsilə xidmət;
- şirkətin məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- ərizələrin sənədləşdirilməsi;
- saytdan müştəri sorğularının emalı;
- görülən işlər barədə hesabatlarının hazırlanması.
- abunəçiləri yeni xidmətlər və ya aksiyalar haqqında məlumatlandırılması;
- Abunəçilər üçün məsləhət dəstəyi.
- Şirkətin tarifləri, xidmətləri, prosedurları və aksiyaları haqqında abunəçiyə bütün lazımi məlumatların verilməsi.
- Abunəçilərin şikayət və istəkləri ilə iş, onların aidiyyəti şöbələrə ötürülməsi.
- Yaranan problemlə əlaqədar abunəçiyə optimal həllərin axtarılması və təkliflərin edilməsi.
- Əldə edilən informasiyanın məlumatlar bazasına daxil edilməsi.
- Xidmət üçün tələb olunan layihə məlumatlarının vaxtında mənimsənilməsi.
- Müştəriyə xidmətlə bağlı hər cür dəstək olmaq istəyi;
- Çıxan zənglərdə dolğun məlumatın çatdırılması
Biz təklif edirik:
- müasir iş şəraiti;
- həm ofisdə, həm də evdəТ işləmək imkanı (lazım olduqda);
- xoş və mehriban kollektiv;
- peşəkarların rəhbərliyi altında öz sahəsi üzrə təlim;
- şəhərin tam mərkəzində ofisin yerləşməsi.
- İşçilər üçün ödənilmiş nahar.
Müsahibə nəticələrinə əsasən əmək haqqı təklif olunacaq.
Namizədlərdən CV-lərini göndərmələri xahiş olunur.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar