İşin təsviri
Əsas vəzifələri:
- Marketinq şöbəsi üzrə olan prosesləri idarə etmək;
- Şirkəti kütləvi informasiya vasitələrində təmsil etmək;
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək;
- Müvafiq müştəri axını kanallarının təhlilini aparmaq;
- İllik marketinq üzrə büdcə planını hazırlamaq;
- İllik marketinq strateji planını hazırlamaq;
- Cəmiyyətin iştirakı olan sərgiləri və tədbirləri təşkilini həyata keçirmək;
- Marketinq təhlil nəticələrinə uyğun yeni reklam kampaniyaları üzrə təkliflər hazırlamaq, təsdiq üçün Rəhbərliyə təqdim etmək;
- Brendin tanınmasını təmin etmək;
- Cəmiyyətin yeni layihələrini Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək;
- Yeni məhsulların yaradılmasını və bazara çıxarılmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam icra etmək.
Tələb və bacarıqlar:
- Ali təhsil;
- Ən azı 5 il iş təcrübəsi rəhbər olaraq (Marketinq sahəsində);
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan/ rus/ ingilis dillərini bilmək;
- İdarəetmə bacarığı, liderlik xüsusiyyətləri, komandada işləmək bacarığı, stressə davamlılıq.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş vaxtı 9.00-dan 18.00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı namizəddən aslı olaraq təyin ediləcək
Uyğun namizədlər CV-lərini email ünvanına göndərə bilər.