Korporativ satış mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul və xidmətlərinin korporativ satışının təşkili;
  • Müştəri axtarışı, cari müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlər, məhsullar və xidmətlərin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər müxtəlif kanallar vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən məhsullar və xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Yeni satış kanallarının artırılması məqsədilə məhsul və xidmətlərin satışı ilə bağlı yeni təkliflərin hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək və müəyyən müddət sonra əməkdaş məlumat bazası ilə təmin ediləcəkdir.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (tikinti materiallarının korporativ satışı istiqamətində iş təcrübəsi üstünlükdür)
  • Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmaq;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilmək;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan  və rus  dillərində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis dili üzrə bilikləri  olması üstünlükdür );
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.

YUSİFOĞLU MATERİAL GROUP MMC sizə nə vəd edir?

  • 5 günlük iş həftəsi, 10:00-18:00-dək olan iş vaxtı;
  • Rəqabət qabiliyyətli sabit maaş + bonusdan ibarət əmək haqqı;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Nəqliyyat xərcləri qarşılanır;
  • Korporativ nömrə və danışıq paketi.

Maraqlı olan namizədlərdən öz CV - lərini 28.10.2023-ci il tarixinədək mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.