Pərakəndə kreditlərin monitorinqi şöbəsinin mikro kreditlərin monitorinqi üzrə kiçik mütəxəssisi/mütəxəssisi (Qərb, Aran, Cənub regionları üzrə)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 28.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mikromaliyyələşdirmə üzrə verilmiş kredit portfelinin mütəmadi monitorinqini aparmaq;
  • Monitorinqin nəticələrini hesabat şəklində tərtib etmək;
  • Ehtiyac olduğu halda mikromaliyyələşdirmə kreditləri üzrə daxil olmuş müştəri şikayətlərini araşdırmaq;
  • Şübhəli hallar barədə daim rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Mikromaliyyələşdirmə üzrə kredit vermə prosesi və prosedurunun təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Monitorinqlərin aparılması zamanı mövcud qanunverilciliyin və ya Mərkəzi Bankın normativ xarakterli aktların tələblərinin pozullması barədə dərhal məsul şəxsə müvafiq məlumatların verilməsi;
  • Mütəmadi ezamiyyətlərdə olmaq;
  • Bank daxili işçi heyəti üçün nəzərdə tutulmuş digər prosedur qaydalarına riayət etmək.

Tələb olunan bacarıq və təcrübə:

Sizin barənizdə: 

  • İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
  • Nəzarət, audit, risk və ya mikromaliyyələşmə sahəsində ən az 1 il iş təcrübəsi;
  • Kompyuter biliyi: Texniki-analitik bilik və bacarıqlar, Microsoft Excel;
  • Əla səviyyədə Azərbaycan dili (Rus və ingilis dillərinin olması üstünlük təşkil edir);
  • Sürücülük vəsiqəsinin mövcudluğu;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Mikro kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları.

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

site.company_rating