İşin təsviri
Vəzifə öhdəlikləri:
- Daxil olmuş elektron qaimələrin yoxlamaq və sistemdə təsdiqləmək ;
- Təsdiq olunmuş elektron qaimələr üzrə sənəd toplusunun tamlığını təmin etmək ;
- Alınan mal və xidmətlər üzrə ödənişlər üçün əsas verən sənədlərin müəyyənləşdirilmiş qayda üzrə dövriyyəsini təşkil etmək ;
- Ödənişlərdən sonra toplanılmış sənədlərin təlimata uyğun olaraq elektron və kağız formasında arxivləşdirmək ;
- Üzləşmələri hazırlamaq ;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək. Mühasibat uçotu hesabında onların hərəkətinin düzgünlüyünü təmin etmək ;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini , operativ məlumatların təqdim edilməsini təmin etmək.
Tələblər:
- Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil ;
- Sahə üzrə minimum 2-3 il iş təcrübəsi ;
- Mühasibatlıqla bağlı Yerli qanunvericiliyi, Vergi məcəlləsini bilməli ;
- Komandada işləmək bacarığı ;
- Analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.
Şərtlər:
- İş rejimi: Həftənin I-V günləri, 09:30 - 18:30 ;
- Əmək haqqı: Razılaşma yolu ilə ;
- İş ünvanı: Qafqaz Biznes Mərkəzi.
Uyğun şəxslər cvlərini mövzu hissəsində “Mühasib” qeyd etməklə mail ünvanına göndərə bilərlər.