Marketinq Meneceri (Elektronika Sahəsində E-Ticarət Platforması)

  • By Telecom
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifə Öhdəlikləri:

  • Elektronika məhsulları üçün bazarın tədqiqatı, təhlili və dəyərləndirilməsi; hesabatların tərtib edilməsi.
  • Rəqib təşkilatların tədqiqatı, onların faaliyyət standartlarının öyrənilməsi və təkmilləşdirmə məqsədilə təkliflərin hazırlanması.
  • Elektronika məhsulları üçün marketinq strategiyalarının və layihələrinin hazırlanması və tətbiqi.
  • Şirkətin biznes proseslərinin və prosedurlarının təkmilləşdirilməsində iştirak.
  • Marketinq sahəsində yeniliklərin axtarışı və bu istiqamətdə təkliflərin təqdim edilməsi.
  • Məhsulların reklam və tanıtım kampaniyalarının təşkili.
  • Təqdimatların hazırlanması və keçirilməsi.

İş Şərtləri:

  • Müqavilə əsasında əmək müqaviləsi.
  • İş saatları: Həftənin 5 günü 
  • Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək.

Bizim Təklifimiz:

  • Karyera və şəxsi inkişaf imkanları.
  • Komanda işində təcrübə qazanma.
  • Müasir iş mühiti və dostluq ortamı.
  • İşin keyfiyyətinə əsaslanan bonuslar.

Namizədə Tələblər:

  • Marketinq sahəsində 1-2 il iş təcrübəsi (elektronika sahəsində təcrübəsi olanlara üstünlük veriləcək).
  • Ali vəya marketinq təhsili.
  • Marketinq prinsiplərinin dərin bilikləri.
  • Məsuliyyətli və yaradıcı yanaşma.
  • Microsoft Office proqramlarına bələd olma.
  • Yüksək təqdimat və layihə idarəetmə bacarıqları.
  • Dil bilikləri: Azərbaycan (mükəmməl), Rus və İngilis (yaxşı).
  • Rəqəmsal və dizayn komandası ilə işləmə təcrübəsi

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində Marketinq Meneceri qeyd etməyiniz xahiş olunur.