İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 600-1000 AZN (müsahibə əsasında təyin olunur)
- Yaş həddi:23-35,
- Nahar şirkət tərəfindən təmin olunur.
- İş yeri: Bakı Şamaxı şossesi 14-cü km., Hökməli dairəsi yaxınlığı. İş yerinə yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.
Əlaqə:0512409568.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mal-material üzrə mühasib (anbar)" qeyd edərək e-ünvanına göndərə bilərlər.