Sistem Adminstratoru

  • Avrora
  • Elanın qoyulma tarixi: 08.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi, inzibatçılığının, etibarlı işləməsinin, yenilənməsininin təmin edilməsi və baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi;
  • Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD, Nginx və s.) inzibatçılığının və etibarlı işləməsinin təmin edilməsi;
  • Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);
  • Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatının alınması və icra edilməsi;
  • Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi;
  • Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması;
  • Müvafiq hesabatların hazırlanması və texniki sənədləşmənin aparılması;

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Windows Server OS ilə bağlı biliklər;
  • Microsoft Exchange Server idarəetmə təcrübəsi;
  • Linux OS server ilə bağlı bilik və təcrübə;
  • VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında bilik və təcrübə;
  • Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi üzrə biliklər;
  • PowerShell-də skript yazma təcrübəsi;
  • Veb serverlərləri ilə (IIS, Apache, NginX) üzrə biliklər;
  • SAN sistemləri ilə iş təcrübəsi;
  • SSL\TLS üzrə biliklər;
  • Şəbəkə avadanlıqları ilə iş təcrübəsi;
  • Virtual şəbəkələrin qurulması prinsipləri məlumatlılığı;
  • Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat;
  • Monitorinq sistemləri ilə işləmək bacarığı;
  • İnformasiya təhlükəsizliyinin prinsipləri və əsasları bilməsi;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (İnformasiya texnologiyaları üzrə)
  • Təcrübə: Sistem inzibatçısı kimi minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar)

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatı : 09:00-18:00;
  • İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • Tibbi Sığorta;
  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sistem Administratoru” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating