İşin təsviri
İş barədə məlumat:
- Məhsullar barədə biliklər əldə etmək və satışını həyata keçirtmək
- Müştərilərlə düzgün ünsiyyətin qurulması,məhsullar barədə müştərilərə dolğun məlumatın verilməsi
- Potensial müştərilərin aktiv axtarışı və məhsulların təqdimatı
- Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması üçün yeni təkliflərin verilməsi.
- Aylıq Satış hədəflərinin yerinə yetirilməsi üçün düzgün addımların atılması.
- Müştəri tələblərini əsas tutaraq satışın stimullaşdırılmasının həyata keçirilməsi
- Müştəri şikayət, təklif və rəylərinin qiymətləndirilməsi
- Müntəzəm olaraq hesabatların rəhbərliyə təqdim olunması.
Namizədə tələblər:
- Yaş: 18-45
- Azərbaycan dili mükəmməl , rus dili arzuolunandır.
- Müvafiq sahə üzrə minimum 3 il təcrübə
- Səlis nitq və xoş görünüş
- Müştərilərlə düzgün ünsiyyətin qurulması və güclü təqdimat bacarığı
- İşgüzar etik qaydalara riayət olunması
- Sürücülük vəsiqəsinin olması mütəqdir.
İş şərtləri:
- İş qrafiki : 5 günlük iş qrafiki
- Əmək haqqı: 1500 Azn ( əmək haqqı + % +hədəf)
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.