Logistika üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud logistik sxemlərin optimallaşdırılması;
  • Biznes problemlərə cavab verə bilən senaryo planlamaları, vizual hesabatların və modellərin hazırlanması;
  • Region ölkələrinin logistik bazarları haqqda məlumat mənbələrindən istifadə etməklə araşdırmaların aparılması; 
  • Logistik məhsulların bazar araşdırmasının aparılması;
  • Logistik sxemlərin tətbiqi və inkişafının təmini;
  • Yeni logistika məhsulunun yaradılmasında iştirak edilməsi.

Tələblər:

  • Ali təhsil (Nəqliyyat-logistika, Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi)
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Rus dili biliyi əla səviyyədə, İngilis dili biliyi arzuolunandır;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Azərbaycan və regiondan keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında məlumatlar;
  • Region ölkələrinin dəmiryolları haqqında məlumat;
  • Regiondakı logistik mərkəzlər, limanlar, hublar və.s barədə məlumatlar;
  • Logistika sahəsində makroiqtisadi göstəricilər barədə məlumatlı olmaq;
  • Logistika sahəsində əməliyyat və satış barədə biliklər;
  • Təqdimat və hesabatların hazırlanmasına dair biliklər;
  • Böyük məlumat bazaları ilə işləmə bacarığı;
  • Layihələrin idarə edilməsi bacarığı (Logistik layihələri);
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Araşdırma bacarığı, böyük məlumat bazaları ilə işləmə bacarığı.

Əmək şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
  • İş yeri: Bakı şəhəri, Dilarə Əliyeva 230
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük, həyatın yaşam sığortası və nahar təminatı.
  • Müraciət etmək istəyən namizədlər aşağıdakı linkə keçid edə bilərlər.