Satış üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin araşdırılması
  • Xidmətlərinin müştərilərə düzgün formada çatdırılması
  • Qiymət təklifinin müştəriyə gondərilməsi
  • Müştərilərlə sərbəst işləmə bacarığı.
  • Müştərinin tələbatına uyğun olaraq sifariş götürmək.
  • Satışda yaranmış problemləri operativ həll etmək
  • Sifarişləri qeydiyyata almaq
  • Məhsul sifarişinə dair daxil olan məlumatları istehsalatla əlaqə saxlayaraq dəqiqləşdirmək
  • Əməkdaşlıq edən müştərilərin verilənlər bazasını formalaşdırmaq və daim yeniləmək
  • Əmək funksiyalarına və struktur bölmə rəhbərinin verdiyi tapşırıqlara uyğun görülən işlərin nəticələrinə dair həftəlik, aylıq və illik əsasda hesabat hazırlamaq;
  • Struktur bölmə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Xanım namizəd; 
  • Ali təhsil olanlara üstünlük veriləcəkdir;
  • Müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • MS Office proqramlarından istifadə;
  • Səlis nitq, ünsiyyət qurma, izahetmə qabiliyyəti;
  • Düzgün orfoepiya və orfoqrafiya qaydalarını bilməli;

Şəxsi keyfiyyətlər:

  • İşgüzar danışıqlar aparmağı bacarmalı;
  • Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik, stressə davamlı və ünsiyyətcil olmalı;
  • Kollektivdə işləməyi bacarmalıdir;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 6 günlük iş rejimi
  • Müsahibə əsasında əmək haqqının təyin edilməsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Satış üzrə menecer” qeyd edərək CV formasını elektron ünvanına göndərə bilərlər.