Logistika üzrə mütəxəssis

  • ATS Feed
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • İdxal və İxrac əməliyyatlarına nəzarət
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələrin hazırlanması
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
  • Şirkətə aid olan yüklərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi
  • Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən yüklərin məlumatlarının düzgünlüyünü yoxlamaq;
  • Sərhəd keçidləri haqqında məlumat toplamaq və onları müvafiq işçilərə göndərmək

Vəzifə səriştələri:

  • Əməkdaşlar ilə ünsiyyət qurmaq bacarığı
  • Hadisələri təhlil etmək
  • Qərar qəbul etmək
  • Planlama və təşkilatçılıq

Vəzifədən gözləntilər:

Kvalifikasiyalar:

  • Təhsil səviyyəsi: Ali 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il    
  • Kompyuter bilikləri:Word (yaxşı) Excel (yaxşı) 
  • Dil bilikləri: Azərbaycan dili (əla) Rus dili (orta) İngilis dili (orta) 
  • Fiziki tələblər: Yoxdur

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə
  • İş ünvanı:Razılaşma yolu ilə  (Xırdalan şəhəri və Ağdaş rayonu)

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Logistika üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.