İşin təsviri
Namizədə Tələblər:
- Ali təhsil;
- 1-3 il sahə üzrə iş təcrübəsi;
- MS office, Outlook yaxşı səviyyədə bilməli;
- 1 C ERP üzrə bilikləri olmalı;
- Azərbaycan dili, Rus dili (mütləq), İngilis dili arzuolunandır;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Əla təşkilatçılıq qabiliyyəti;
- Detallara diqqətli olmaq;
- Vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə) və son tarixlərə cavab vermək qabiliyyəti;
- Məsuliyyətli olmaq;
- Komandada işləyə bilmək.
Vəzifə üzrə öhdəliklər:
- Əsas və az qiymətli inventarların (kompyuter, telefon və s.) ilkin uçotunu aparmaq və hesabatlarının əsaslarını bilmək;
- Otaqların və binanın ətraf ərazilərinin təmizliyi üzrə işlərə nəzarət etmək;
- Gündəlik iclasların, təsərrüfat xidmətinin təşkil edilməsi;
- Şirkətin mebel inventarı ilə təmin edilməsi, onların qorunması və vaxtında təmir olunmasına nəzarət edilməsi;
- İşçiləri dəftərxana ləvazimatları ilə və işə lazımlı avadanlıqlarla təmin edilməsi;
- Bütün təsərrüfat mallarının sifarişini 1 C proqramında icra etmək;
- Görüş və seminarlar üçün otaqların təşkili və koordinasiya edilməsi;
- Korporativ nömrələrin sifarişi və aylıq fakturaların ödənişinin təşkili;
- Əməkdaşların ezamiyyə zamanı yerləşdirilməsi;
- Rəhbərliyin xarici səfərləri zamanı viza dəstəyinin göstərilməsi;
- Xaricdən gələn qonaqların qarşılanması, nəqliyyat vasitəsilə təmin edilməsi və yerləşdirilməsi;
- Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifə və tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İnzibati işlər üzrə köməkçi” mövzusu ilə göndərməyiniz xahiş olunur.