İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Ümumi marketinq strategiyasının qurulması, planlaşdırılması və həyata keçirilməsi
- Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının vә layihәlәrinin işlәnilmәsi vә hәyata keçirilmәsi
- Komandanın idarə edilməsi və təlimləndirilməsi
- Şirkətin aylıq marketinq planının və büdcəsinin hazırlanması
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
- Müştəri məmnuniyyətini artırmaq üçün məhsul, dizayn və satış direktorları ilə əlaqələrin qurulması
- Hədəflərə çatmaq üçün marketinq komandasının motivasiya edilməsi
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyətə əsasən artan əmək haqqı
Namizədə tələblər:
- Ali təhsil
- Marketinq sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur
- Fundamental Marketing və Digital marketing üzrə biliklər
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
- Səlis azərbaycan və rus dili bilikləri; ingilis dili-yaxşı səviyyədə olmalı
- Kreativ layihələrin reallaşdırılması təcrübəsi
- MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir
- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları
- Tənqidi düşünmək və problem həll etmə bacarıqları