Azərbaycan, İngilis dillərini yüksək səviyyədə bilməli, rus dili arzuolunandır;
İş barədə:
1ay Peşəkar mütəxəssislər tərəfindən təcrübə keçiriləcək və təcrübə dövründə də əmək haqqı ödəniləcək
Təcrübə dövründə öyrənəcəyi işlər:
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş, şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi izlənməsi və təhlilinin aparılması;
Maraq dairəsində olan elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
Tenderin şərtlər toplusunun əldə olunması üçün tələb olunan müraciət və ödənişin icra edilməsi;
Tenderə qatılmaq üçün sənəd toplusunun "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə və tender elan etmiş təşkilatın tələbinə uyğun hazırlanması;
Xarici və yerli təchizatçıları araşdırmaq şirkətin müvafiq strukturuna yönləndirmək;
Xarici ölkələrdəki istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
Qiymətlərin araşdırılması, analizlərin aparılması və qiymət təklifinin formalaşdırılması və rəhbərliklə razılaşdırılması;
Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması və s.
Sifarişlərin çatdırılmasının izlənməsi
İş saatı: 09:00-dan 18:00
İstirahət: Şənbə,Bazar
Maaş: Görüş zamanı təyin olunacaq (ilk maaş 600-800 manat arası və bonus). Peşəkarlıq artdıqca maaşa yenidən baxılacaq.