İşin təsviri
Vəzifə Öhdəlikləri:
- Şirkət haqqında məlumatlı olmaq və potensial müştərilərə düzgün şəkildə məlumatı çatdırmaq
- Yeni müştərilərin axtarışı və cəlb olunması
- Müştərilər ilə daim əlaqədə olmaq və görüşlər təşkil etmək
- Gündəlik zənglər etmək (potensial/cari müştərilərlə)
- Şirkətlər ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Daimi müştəri bazası hesabatını aparmaq
- Görülmüş işlər barədə müntəzəm olaraq rəhbərliyə həftəlik və aylıq hesabatlar təqdim etmək
Tələbər:
- Ali təhsil (biznes idarə edilməsi,marketinq və ya kommersiya istiqamətləri üzrə);
- Satış sahəsində 1-3 illik iş təcrübəsi (Kargo sahəsində olması üstünlükdür);
- Səlis Azərbaycan və Rus dili bilmək (İngilis dili üstünlükdür)
- MS Office proqramları ilə işləmə qabiliyyəti;
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar;
- Təqdimat edə bilmə və inandırmaq bacarığı;
- Yaş həddi 20 – 30
- Cinsi: kişi / xanım
Maraqlanan namizədlər CV-lərini elektron ünvanına "Satış Meneceri" başlığını qeyd edərək göndərə bilərlər.