Hazırkı vəzifə təlimatı Buta Traidinq MMC-nin Marketinq üzrə mütəxəssisinin funksional vəzifə borclarını, hüquq və məsuliyyətini müəyyən edir.
mütəxəssislər kateqoriyasına aiddir.
Marketinq üzrə mütəxəssis Marketinq üzrə menecerin vəzifəsinə təyin edilmə və vəzifədən azad edilmə Buta Traidinq MMC-nin Direktorunun əmri əsasında həyata keçirilir.
Marketinq üzrə mütəxəssis inzibati qaydada rəhbərə tabedir.
Marketinq üzrə mütəxəssis vəzifəsinə ali təhsilli və bu sahədə 1 ildən çox iş təcrübəsi olan şəxs təyin olunur.
Marketinq üzrə mütəxəssis bilməlidir:
Marketinq planının və strategiyasının yazılması, marketinq büdcəsinin hazırlanması və bu büdcə əsasında işlərin idarə olunmasını
Marketinq və menecmentin əsaslarını;
İctimaiyyətlə əlaqələr strategiyasının hazırlanması, media əlaqələrinin idarə edilməsi, düzgün PR alətlərinin seçilməsini
Reklam haqqında Azərbaycan Respublikasının Qanununu
Reklam fəaliyyətinin təşkili, online və offline reklam alətlərinin müəyyən edilməsi və idarəedilməsini
Rəqəmsal marketinq fəaliyyətinin təşkili, tərkibinə daxil olan alətlərin kordinasiya edilməsi və istifadə edilməsini (Meta, Linkedin, Google analytics, Ads manager).
İnformasiyanın təhlili, ötürülməsi və qorunması üsullarını;
İşgüzar ünsiyyət etikasını;
Şəxsi heyətlə iş formaları və metodlarını, əməyin motivasiya edilməsini;
Daxili əmək intizamı qaydalarını;
Marketinq üzrə mütəxəssis öz fəaliyyətində əsaslanır:
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə;
Şirkət nizamnaməsinə;
Şöbənin əsasnaməsinə;
Ali rəhbərliyin əmr, təlimat və sərəncamlarına;
Şirkətin daxili normativ sənədlərinə;
Şirkətdə qüvvədə olan daxili əmək intizamı qaydalarına;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları, standartları və qaydalarına;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və öz fəaliyyətinə dair normativ sənədlərə;
Yuxarı struktur bölmələrinin əmr və sərəncamlarına;
Şirkətin standartlarına;
Hazırkı vəzifə təlimatına.
Marketinq üzrə mütəxəssisin yoxluğu zamanı (xəstəlik, məzuniyyət və s.) onun vəzifələrini müəyyən olunmuş qaydada təyin edən şəxs icra edir. Bu şəxs müvafiq hüquqa malik olur və ona həvalə edilmiş vəzifələrin lazımi şəkildə icra edilməməsinə görə məsuliyyət daşıyır.
Funksiyalar:
Marketinq üzrə mütəxəssisin əsas funksiyaları aşağıdakılardır:
Şirkət maraqlarının təmin olunması məqsədilə, satış istiqamətində operativ qərarların qəbulu, istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini, yeni istehlak bazarlarının araşdırılması, mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir.
Vəzifə borcları:
Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək
Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək
Azərbaycan Dövlət Reklam Agentliyi ilə münasibətlərin idarəolunması
Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək
Rəqəmsal sahədə (Meta, Linkedin, Google analytics) alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək
Vebsaytda dəyişikliklərin olunması və məhsullar haqqında məlumatların SEO-ya uyğun olaraq hazırlanıb əlavə edilməsi.
Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək
Trendləri izləmək, sosial media alətlərindən düzgün istifadə və nəzarət etmək
Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları, kataloq, flyer və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək
İllik marketinq hesabatını hazırlamaq
Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək
Sərgilərin təşkil olunması üçün birbaşa əlaqələrin yaradılması