İşin təsviri
- İş yeri: Bakı, Kürdəxanı
- İş saatı : Həftəlik 40 saat olmaqla
- Əmək haqqı: 700-800 azn
Funksiyalar:
- Bitkilərin qidalanma prosesini priva istixana proqramı vasitəsi ilə tənzimləməlidir;
- Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etməlidir;
- İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etməlidir;
- İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etməlidir;
- Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etməlidir;
- Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etməlidir;
- Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etməlidir;
- Təcili və fövqəladə hallar siqnallarının qəbul edilməsi və verilməsini təmin etməlidir;
- Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir;
- Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etməlidir;
- Baş verən bütün prosseslərə dair Baş aqronoma məlumat verməlidir;
Zəruri şərtlər:
- Təhsili: Orta, Ali
- İş təcrübəsi: Müvafiq sahədə 2 il
- Kompüter biliyi: MS Office proqramları
Şəxsi keyfiyyətlər:
- Fərdi və ya qrup (komanda) halında işləmək bacarığı;
- Vaxtın idarə edilməsi;
- Gərgin şəraitdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Yaradıcı və analitik təhliletmə bacarığı;
- Məntiqli və sistemli düşünmək bacarığı;
- Məxfilik və gizlilik prinsiplərini gözləmək bacarığı;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Priva operatoru (Kürdəxanı)” qeyd etməyi unutmayın.