İşin təsviri
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il təcrübə;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili, Rus dili və İngilis dili biliyi;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər olan bütün əməliyyatların həyata keçirilməsini təşkilində iştirak etmək;
- Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək;
- Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim etmək;
- Logistika üzrə müqavilələrin və digər müvafiq sənədləşmənin tərtib edilməsi;
- Gömrük və beynəlxalq daşıma ödənişlərini təşkil etmək, daxili sistemdə qeydiyyatını aparmaq;
- Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatını aparmaq və yükün çatdırılma prosesinin cari statusunu daimi izləmək və yeniləmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə kiçik mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.