İşin təsviri
Təsvir:
- Kredit ərizələrini qəbul etmək, müştərilərin, zaminlərin və girovların təhlilini aparmaq;
- Kredit təhlil sənədlərini hazırlamaq və təsdiq üçün təqdim etmək;
- Müraciətçinin ödəniş qabiliyyətini və riskləri müəyyənləşdirmək;
- Əldə olunan məlumatları çarpaz yoxlama üsulları ilə dəqiqləşdirmək;
- Kredit ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
- Kredit üzrə məlumatları düzgün şəkildə müştəri bazasına daxil etmək;
- Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluqlarının arxivləşdirilmək.
Tələblər:
- Ali təhsil və Orta İxtisas
- Əldə olunan məlumatları təhlil etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Kişi namizədlər
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit mütəxəssisi” şəklində qeyd etməklə 10 Avqust 2023 cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.