Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi departamentinə Aparıcı Mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali hüquq təhsili;
  • Müvafiq sahədə 6 illik iş təcrübəsi;
  • Bank sahəsi, eyni zamanda korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
  • Qanunvericilik, xüsusilə bank qanunvericiliyi haqqında biliklərə malik olması;
  • Azərbaycan dilini mükəmməl bilməli, türk, rus, və ingilis dili biliklərinə üstünlük verilir;
  • MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.

Əsas vəzifələr: 

  • Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda mediasiya təşkilatlarında, məhkəmələrdə Bankın maraqlarının təmsil edilməsi və qəbul edilən qərarların icrası ilə bağlı işlərin aparılması;
  • Dövlət orqanlarında və qurumlarında, həmçinin digər şəxslər qarşısında Bankın maraqlarının təmsil edilməsi;
  • Korporativ işlər və məhkəmə işləri üzrə hüquqi rəylərin hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 1-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

site.company_rating