Bütün sifarişlərin, əməliyyatların və müştəri ödənişlərinin və onunla əlaqədar əməliyyatların dəqiq və səhvsiz icra edilməsi;
Bank daxili strukturlar arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn sorğuların vaxtında cavablandırılmasının təmin edilməsi;
Müştəridən daxil olan şikayətlərin idarə olunması, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün rəhbəri ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması;
Müvafiq daxili proseslərə uyğun olaraq məhsullar üzrə standart və güzəştli tarif məlumatlarının sistemlərdə yenilənməsinin təmin edilməsi;
Bank sistemində məhsul yaradılmasında daxili müştərilərə dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il
Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
Kompüter bilikləri: Microsoft Office (excel, world)
Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Ödəniş sistemləri sahəsində təcrübə
Başqa tələblər: Qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.