Təchizat üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • Şirkətdaxili satınalma tələbnamələrinin sorğu edilməsi;
  • Şirkətin təchizat siyasətinə uyğun təchizatçı araşdırılması və seçilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
  • Təchizat planına uyğun alışların həyata keçirilməsi;
  • Satınalma sifarişlərin açılması və icra olunması;
  • Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
  • Müqavilə və ödəniş sənədlərinin icra olunmasına nəzarət etmək;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
  • Təchizat şöbəsinin müqavilə və ödəniş sənəd dövriyyəsinin izlənilməsi.

Tələblər:

  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Azərbaycan, türk və ingilis dillərini əla səviyyədə (Rus dili arzuolunandır) bilməli;
  • Alıcılarla ünsiyyət qurmaq bacarığı.
  • Analitik düşünmə

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Qafqaz Business Center (Bazar ertəsi-Cümə: 09:30-18:30);
  • 3 aylıq sınaq müddətini uğurla başa vurduqda könüllü tibbi sığorta ilə təmin edilmə.