Satış üzrə assistent

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 05.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bankın üstünlük verdiyi fərdi bank məhsullarının(MilesSmiles, daxili ipoteka, istehlak krediti və s.) satışına dəstək vermək;
  • Fərdi bank məhsulları üzrə müştəri məlumatları əsasında rəsmiləşdirilməsini həyata keçirmək;
  • Fərdi bank məhsulları üzrə sənədləşmələri icra etmək, sənədlərin arxivləşdirilməsini icra etmək;
  • Satışı həyata keçirilmiş sənədlər paketinin doğruluğunu mütəmadi yoxlamaq və nəzarətdə saxlamaq;
  • Müştərilərə bir başa bank məhsulları ilə bağlı məlumatların çatdırılması, lazımi sənədlərin alınması və sənədlərin imzalanmasına nəzarət olunması;
  • Müştərilərə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatlarının düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);
  • Yönləndirilən müştərilərin cari statusu ilə bağlı aidiyyəti strukturlardan təqibininin aparılması;
  • Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
  • Məhsul və xidmətlərlə bağlı cavablandırılan sorğuları aidiyyəti üzrə istiqamətləndirmək və təqibinin aparılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: bank və sığorta sahəsində telesatış sahəsi ilə bağlı təcrübəsi olanlara üstünlük verilir 
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Kredit və ödəniş kart məhsulları
  • Bazar üzrə biliklər: İstehlak Krediti,ödəniş kart və pərakəndə bank məhsullarının xüsusiyyətləri (debit və kredit ödəniş kartları,istehlak kreditləri və s.)

site.company_rating