Satınalma üzrə mütəxəssis

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 25.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Süd və ət məhsulları istehsal sahələrindən və digər funksional sahələrdən həmçinin digər şirkət fəaliyyətini təmin edən strukturlardan daxil olan satınalma tələblərinin  vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və gərəkli ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması.

Bilik və bacarıqlar:

  • Satınalma müqavilələrin tərtibatı haqqında ümumi anlayış;
  • Yüksək səviyyədə 1C proqramı və MS Excel bilikləri;
  • Tenderlər sahəsində təcrübə;
  • Qiymətləndirmə bacarığı;
  • Analitik və strateji baxış bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət qabiliyyəti.

Əmək haqqı: 

  • Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • PASHA Həyat Yığım sığortasına qoşulma imkanı;
  • Mobil nömrə və danışıq limiti.

İş qrafiki: 5 günlük

Qeyd: İstehsalat təcrübəsi olan əməkdaşlara üstünlük veriləcəkdir

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Satınalma üzrə mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.

site.company_rating