İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
Əmək kitabçalarını doldurur, hesaba alır və mühafizə edir, iş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
İşçilərin tibbi müayinədən keçməsinə nəzarət edir, onların tibbi kitabçalarının uçotunu aparır və növbəti tibbi müayinənin keçirilmə vaxtına nəzarət edir;
Attestasiya komissiyalarına, fəhlə və qulluqçuların mükafatlandırılması, təltifə təqdim edilməsi üçün lazım olan materialları hazırlayır;
Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
Müəssisə işçilərinə və onların ailə üzvlərinə pensiyaların təyin olunması üçün lazımi sənədləri hazırlayır;
Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və şöbə müdirinə hesabat verir;
Şəxsi işlərin arxivləşməsini aparır;
Sənədlərin operativ qeydiyyatını aparır;
Şöbə müdirinə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
Müəyyən olunmuş hesabatları tərtib edir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Bilməlidir:
Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
Əsasnamə, təlimat və digər rəhbər sənədləri və müəssisə işçilərinin pensiyalarının rəsmiləşdirilməsi, əmək kitabçalarının və şəxsi işlərinin aparılması və mühafizəsi qeydiyyatı üzrə normativ sənədlərini;
İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi və çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi, kadr hərəkətinin qeydiyyat qaydasını və əmək intizamının vəziyyəti haqqında hesabatın tərtibini;
Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə adların ümumrespublika təsnifatına uyğunluğunu;
Əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını;
Əməyin təşkilinin əsaslarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Məsuliyyət:
Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.