Müəssisəyə lazım olan kommersiya məqsədli malların alınmasına, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkilinə, müqavilələrin bağlanması işlərinə kömək edir;
Malların yüklənməsi, yola düşməsi tarixlərini və digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir;
Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkilində iştirak edir;
Malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda malgöndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir;
Əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı və bütün işlərə nəzarətdə iştirak edir;
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil edir;
Daxili və xarici bazarları araşdırır, lazımi informasiyanı toplayır və tabe olduğu məsul şəxsə məlumat verir;
Alınacaq malların sifarişini hazırlayırlanmasında və təchizat şöbəsinin rəisinə təqdim edilməsində iştirak edir;
Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsi tələbində iştirak edir;
Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkilində və hər hansı bir maneələr olarsa rəhbərliyin məlumatlandırılmasında iştirak edir;
Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edilməsində iştirak edir;
Yükləmədən sonra malların lazımi sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsinin təşkilində iştirak edir;
Ayda bir dəfə öz vəzifə təlimatını oxumalıdır.
Səlahiyyətləri:
Şirkət rəhbərliyinin aidiyyatı qərarları ilə tanış olmaq;
Şirkətin digər struktur bölmələrinin rəhbərlərindən və mütəxəssislərindən öz səlahiyyətləri çərçivəsində lazımi məlumatları və sənədləri tələb etmək.
Bilməlidir:
Təchizat ilə bağlı milli və beynəlxalq qanunverciliyi;
Mülki məcəllənin əsaslarını;
Təchizat ilə bağlı hüquqi-normativ sənədləri;
Fəaliyyəti ilə əlaqədar dövlətlərarası və beynəlxalq müqavilələri;
Fəaliyyəti ilə əlaqədar qərarlar, əmrlər, sərəncamlar, göstərişlər və digər normativ sənədləri;
Müvafiq qayda və təlimatları, sənədlərin kargüzarlıq proseduralarına uyğun hazırlanma qaydasını;
Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat metodikasını;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğından mühafizə, sanitar-gigenik və mülkü-müdafiə qaydalarını;
Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir.
Məsuliyyət:
Yerinə yetirdiyi və nəzarət etdiyi işlərin vaxtında və qüsursuz yerinə yetirilməsinə görə məsuldur;
Hazırkı təlimatla nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə - Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi çərçivəsində;
Öz əmək fəaliyyətinin həyata keçirilməsi prosesində yol verdiyi pozuntulara görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində;
Maddi ziyanın vurulmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində;
Cəmiyyətin maraqlarına riayət olunmamasına, konfidensial məlumatların yayılmasına görə - əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan inzibati, əmək, cinayət və mülki qanunvericiliyi çərçivəsində;
Öz səlahiyyətləri daxilində vəzifə borclarını icra edir və bu səlahiyyətlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;
Cəmiyyətin mənafelərinə zərər vura biləcək məlumatların və ya məlumat daşıyıcılarının digər şəxslərə verilməsinə görə məsuldur;
Ona həvalə olunmuş sənədlərin və əşyaların qorunmasına görə məsuldur;
Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirmədiyinə və şirkətə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır;
“BUTA TRAİDİNQ” MMC-nin maraqlarının qorunmaması, müəssisə və müştərilər barədə sənədlərin (kommersiya sirrinin), məxfi məlumatın üçüncü şəxslərə açıqlanmasına görə məsuliyyət daşıyır.
Zəruri şərtlər:
Təhsili: Ali
İş təcrübəsi: Müvafiq sahədə 1 il
Xarici dil: Rus, İngilis
Kompüter biliyi: MS Office proqramları
Şəxsi keyfiyyətlər:
İşi təqib etmə
Komandada işləmək bacarığı
Riskləri qiymətləndirə bilmə və analizetmə bacarığı