İşin təsviri
Əsas vəzifə və öhdəlikləri:
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də Time to Market strategiyalarının icrası;
- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
- Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
- Satış və Müştəri Təcrübəsi göstəricilərinin yüksəldilməsi məqsədilə Satış, Texniki/IT, və Müştəri əlaqələri şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələb olunan bilik və bacarıqlar:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək;
- MS Word, MS Outlook, yüksək səviyyədə MS Excel və MS Power Point;
- Minimum 3 il (əsasən B2C istiqamətli);
- Azərbaycan və ingilis dillərini bilməli;
- Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (MS Planner);
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- İş vaxtı: 09:00 - 18:00
- İş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Məhsul üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.