İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil: İqtisadi və ya idarəetmə sahələrində;
- İş təcrübəsi: 3 il (Bank və ya BOKT sektorunda);
- Analitik düşüncə, riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları;
- MS Office proqramları ilə işləmə bacarıqları;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- İstehlak məhsulları üzrə daxil olan kredit müraciətlərini təhlil edir, rəy verir, səlahiyyətləri çərçivəsində olan müraciətləri təsdiq edir, çatışmazlıq olduqda müvafiq kredit mütəxəssisi ilə koordinasiya edir;
- Uyğunsuzluq olan maliyyə meyarlarının izahını və çatışmayan sənədləri tələb edir;
- Yeni istehlak məhsulların yaradılması zamanı risk meyyarları ilə bağlı təkliflər verir, maliyyə meyarlarının hesablanma düsturlarını tərtib edir;
- Yeni istehlak məhsulların GNİ platformasında test edilməsini icra edir;
- Yeni məhsul üzrə təlimlərin təşkilində iştirak edir;
- İstehlak məhsullarının təhlil edilməsi barədə prosedur və qaydaların təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması barədə Şöbə Müdirinə təkliflər verir;
- Şöbəyə cəlb edilən təcrübəçilərin hazırlanmasında, onların sınaq müddətində nəzəri və praktiki biliklərinin artırılmasında iştirak edir və onlar barədə rəyini bildirir;
- Gün ərzində görülmüş və planda olan işlər barədə Şöbə Rəhbərinə, hesabat verir
İş şərtlərimiz:
- Əmək haqqı: 970-1108 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehlak kreditlərinin təhlili üzrə Aparıcı Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.