Marketinq üzrə mütəxəssis (rəqəmsal sahədə)

İşin təsviri

Təsvir:

  • Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
  • Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
  • Rəqəmsal marketinq təqvimini idarə etmək;
  • Reklam kampaniyalarının onlayn olaraq izləmək və hesabat vermək;
  • Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
  • Korporativ Sosial Məsuliyyət (KSM) layihələrini idarə etmək. 

Tələblər:

  • Marketinq, kommunikasiya, informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Rəqəmsal Marketinq Mütəxəssisi və ya oxşar vəzifədə 1 ildən artıq təcrübə;
  • Google Ads, Facebook Ads Manager, Google Analytics, Facebook Insights, Facebook Business Manager, Google Tag Manager üzrə bacarıq və təcrübə;
  • Sosial media kanallarının (FB, Instagram, LinkedIn, YouTube və s.) və mesajlaşma platformalarının (WhatsApp, Messenger və s.) peşəkar istifadəçisi;
  • SEO/SEM biliyi;
  • Veb məzmun idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır;
  • Onlayn media planlaşdırmasının əsas ölçülərini anlamaq;
  • Əla analitik və təşkilatçılıq bacarığı;
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda işi;
  • Azərbaycanın regionlarına səyahət etmək imkanı;
  • Statistik təhlil proqramları üzrə biliklər arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan (ana dili/səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır).

İş haqqında əlavə məlumat:

  • İş qrafiki: I-V günlər, 09:30-18:30;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Tibbi siğorta;
  • Korporativ nömrə;
  • İxtisası üzrə təlimlər;
  • Ehtiyac olanda avtomobillə təmin olunma.