İşin təsviri
Təsvir:
- Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
- Yerli və Xarici bazarın araşdırılması;
- Rəqəmsal Marketinq üzrə kampaniyaların hazırlanması;
- Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
- İstifadə edilən rəqəmsal satış və reklam kanallarının effektivliyinin artırılması istiqamətində işlərin görülməsi;
- Müxtəlif testlərin və sorğuların keçirilməsi;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması;
- Mövcud və gələcək məhsullarla əlaqədar daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Potensial müştəriləri şirkətin məhsul və xidmətləri haqqında məlumatlandırılması.
Tələblər:
- Ali təhsil (Marketinq, biznesin idarəedilməsi sahələrində təhsil arzu olunandır);
- Marketinq sahəsində iş təcrübəsi – 1 ildən çox;
- Kreativ proyektlərin reallaşdırılması təcrübəsi;
- Azərbaycan dili səlis, ingilis və ya rus dili bilikləri arzu olunandır;
- Strateji təhlil, reklam və PR sahələrində biliklər;
- Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
- Bölgələrə ezamiyyətə getmə imkanları.
İş haqqında əlavə məlumat:
- İş qrafiki: I-V günlər, 09:30-18:30;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Tibbi siğorta;
- Korporativ nömrə;
- İxtisası üzrə təlimlər;
- Ehtiyac olanda avtomobillə təmin olunma.