Qapan tərəzisi operatoru

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 15.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qapan tərəzisi operatoru

NORM MMC Qızıldaş Sement Zavodunun inşasına başlamışdır. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşəcəkdir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır 

Tələblər

• Microsoft Office programlarından istifadə bacarığı
• Azərbaycan və Rus dili əla, ingilis dili yaxşı
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Qoyulan tapşırııqları düzgün və vaxtında həyata keçirmək
• Komanda yönümlülük
• Təziq altında işləmək bacarığı
• Ünsiyyət qurmaq bacarığı və problemləri həll edə bilmək bacarığı
• Gərgin hallar sakit qalmaq bacarığı
• Əməyin təhlükəsizliyi məsələlərinə qarşı xüsusi diqqətcil olmaq
• Müştəri yönümlü olmaq

Vəzifə və Öhdəliklər:

• Qapançı Təchizat və Logistika şöbəsi, dispeçer və ambardar tərəfindən verilən təlimatlara və göstərişlərə əməl etməli
• Verilmiş qaydada, müştərilərə sementin buraxılışını və xam malın qəbulunu təmin etməli, müvafiq sənədləşməni aparmalı
• Gündəlik buraxılmış sementin miqdarı, sənədləşmiş avtomaşınlar haqqında hesabat  tərtib edərək
•  Növbə Dispetçerinə təhvil verməli və jurnalda qeydiyyat aparmalı
• Müştəriləri onlara ayrılan sementin miqdarı və sıra növbəsi kimi məlumatla təmin etməli
• Bu və ya digər səbəbdən növbəni təyin olunan vaxtda qəbul edə bilmədikdə iş rejimini pozmamaq üçün dispetçerlə əlaqə saxlamalı
• Fövqəladə vəziyyətlərdə qapançı verilmiş təlimatlar müvafiq tədbirlər görməli
• Fəaliyyət göstərən texnikadan səmərəli istifadə edilməsinə və onların tələb olunan qaydada saxlanmasına nəzarət etməli
• Dispetçer olmadığı müddətdə telefon zənglərinə cavab verməli, müştərilərə, nəqliyyat şirkətlərinə lazım olan məlumatları verməli.
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməli
 

Son MüraciətTarixi:30/07/2013 

Müraciətlər Ünvanlanmalıdır:

Maraqlanan şəxslər öz CV-lərini

[email protected]

elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.  

 

site.company_rating